...

Türkiyədə “Azərbaycan həftəsi” keçiriləcək

Cəmiyyət Materials 16 Noyabr 2013 10:31 (UTC +04:00)
Türkiyədə “Azərbaycan həftəsi” adlı silsilə tədbirlər keçirmək üçün Azərbaycan nümayəndə heyəti noyabrın 18-dən 20-dək Türkiyədə səfərdə olacaq.
Türkiyədə “Azərbaycan həftəsi” keçiriləcək

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İzzət/

Türkiyədə "Azərbaycan həftəsi" adlı silsilə tədbirlər keçirmək üçün Azərbaycan nümayəndə heyəti noyabrın 18-dən 20-dək Türkiyədə səfərdə olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və Media xidmətinin rəhbəri Mehriban Həsənova, millət vəkili Musa Qasımlı, Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, "Qafqaz" Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının (ADA) elmi işçisi Taleh Ziyadov daxildir.

"Azərbaycan həftəsi" çərçivəsində Ankara, Yalova, Edirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlərin, o cümlədən, Ankarada Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin və Türkiyə Xarici İşlər Nazirliyində diplomatlarla görüşün, Türk XİN SAM ilə dəyirmi masanın və Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə konfransın və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti