...

Bəxtiyar Sadıqov: İlham Əliyevin jurnalistlərlə görüşü Azərbaycanda müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər

Cəmiyyət Materials 26 Noyabr 2013 15:37 (UTC +04:00)
Prezident İlham Əliyevin jurnalistlərlə görüşü Azərbaycanda müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər. Bu barədə Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.
Bəxtiyar Sadıqov: İlham Əliyevin jurnalistlərlə görüşü Azərbaycanda müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

Prezident İlham Əliyevin jurnalistlərlə görüşü Azərbaycanda müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər. Bu barədə Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov qeyd edib ki, müstəqil Azərbaycanda dövlət başçılarının jurnalistlərin dostu seçilməsi ənənəsi var: "Vaxtilə ulu öndər Heydər Əliyev də jurnalistlərin dostu mükafatına layiq görülmüşdü və artıq ikinci dəfədir ki, cənab İlham Əliyev bu yüksək mükafata layiq görülür. Bu isə bütövlükdə həm ulu öndər Heydər Əliyevin, həm də cənab İlham Əliyevin Azərbaycanda demokratiyanın, mətbuat və söz azadlığının inkişafına, jurnalistlərə qayğı göstərmək istəklərinin və bu yolda atdıqları addımların nəticəsidir".

B.Sadıqov deyib ki, görüş çox səmimi, mehribanlıq şəraitində keçdi: "Azərbaycan Prezidenti jurnalistikanın daxili məsələləri və problemləri barədə yüksək bilgi nümayiş etdirməklə danışdı, bütün problemlərə öz münasibətini bildirdi, çıxışçıları səbrlə dinlədi və müvafiq tapşırıqlar və göstərişlər verdi. Bu görüş öz nəticəsi ilə bir daha sübut etdi ki, Azərbaycan jurnalistləri səhv etməyib. Cənab İlham Əliyev hər addımında həm mətbuatın inkişafı ilə bağlı məsələlərdə, həm jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasında, həm də jurnalistləri narahat edən problemlərin həllində operativ şəkildə onların həlli üçün öz iradəsini ortaya qoyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti