...

Bakıda "Müasir şəhərlərin davamlı inkişaf problemləri" adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2013 13:55 (UTC +04:00)
Bu gün 828 milyon insan xarabalıqlarda, şəhər mərkəzlərindən uzaqda yerləşən küçə və qəsəbələrdə yaşayır. Demək olar ki, bu problem bütün dünyada mövcuddur. “Müasir şəhərlərin davamlı inkişaf problemləri” adlı beynəlxalq konfransda bu mövzu prioritet oldu.
Bakıda "Müasir şəhərlərin davamlı inkişaf problemləri" adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Bu gün 828 milyon insan xarabalıqlarda, şəhər mərkəzlərindən uzaqda yerləşən küçə və qəsəbələrdə yaşayır. Demək olar ki, bu problem bütün dünyada mövcuddur. "Müasir şəhərlərin davamlı inkişaf problemləri" adlı beynəlxalq konfransda bu mövzu prioritet oldu.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Təhsil Nnazirliyi, AzMİU, Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin dəstəyi ilə keçirildi.

Elmi konfransda çıxış edən AzMİU-nun rektoru, millət vəkili Gülçöhrə Məmmədova əslində böyük şəhərlərin genişlənməsinin ətrafa vurduğu təbii ziyandan danişdi. "21-ci əsrdə əsas məqsəd şəhərsalmada dayanıqlılığı həyata keçirməkdir. Bu bütün sahələrdə belə olmalıdır", - deyən rektor Böyük Bakının inkişaf layihəsində bu amillərin xususilə nəzərzə alındığını bildirib.

Tədbirdə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Gürcüstan və Albaniya ali təhsil ocaqlarının rəhbər heyətinin də iştirak etdiyi konfransın bu günümüz üçün çox önəmli olduğunu dedi. Daha sonra memarlar "Böyük Bakının inkişaf layihəsi" adlı prezentasiyanın təqdimatı il, xaricdən gələn qonaqları Bakının möhtəşəm gələcəyi ilə tanış etdilər.

14 min tələbəsi və 900 müəllim heyəti olan Tirana Politexnik Universitetinin və Qara Dəniz ölkələri Universitetlərinin rektoru akademik Jorgaq Kacani ölkəmizdə şəhərsalma ilə bağlı inkişafı yüksək qiymətləndirdi, ancaq problemlərin də olduğunu söylədi. Şəhərsalmada və ümumiyyətlə ali təhsildə inkişaf əldə etmək üçün gənc kadrlarin bu işlərə cəlb olunmasını vacıb saydığını dedi.

"Bu problem əslində dünyada var. Hər şey nəzəriyyədən başlayır. Biz gənc və savadlı kadrların ali təhsil ocaqlarında qalmasına şərait yaratmalıyıq. Təbii ki, onların maddi maraqlarını təmin etməklə" - Jorgaq Kacani belə dedi.

Tbilisi Dövlət İncəsənət Akademiyasının rektoru, prof. Tinatin Kldiaşvili Gürcüstanda bu sahədə atılan addımlardan danışdı və AzMİU-ya birgə əməkdaşlıq təklif etdi.

Elmi konfransda əsasən müsir şəhərlərin inkişafının regional problemləri, alternativ enerji, tarixi şəhər ərazilərinin problemləri müzakirə olundu və birgə əməkdaşlıqla bu problemlərin aradan qaldırılması istiqamətində vaxtında addım atılmasının vacibliyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti