...

Ombudsmanın nümayəndələri yanğından sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsində araşdırma aparıblar

Cəmiyyət Materials 11 Dekabr 2013 13:21 (UTC +04:00)
11 dekabr 2013-cü il tarixdə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olublar.
Ombudsmanın nümayəndələri yanğından sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsində araşdırma aparıblar

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

11 dekabr 2013-cü il tarixdə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olublar.

Ombudsman Apratından Trend-ə verilən məlumata görə, məqsəd orada səhər baş vermiş və Fövqəladə Hallar Naziriliyi əməkdaşları tərəfindən söndürülmüş yanğından sonra vəziyyətin öyrənilməsi olub.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisənin üç mərtəbədən ibarət, yalnız ikinci və üçüncü mərtəbələrindən istifadə olunan, narkologiya və terapiya şöbələri kimi fəaliyyət göstərən korpusunda yanğın baş verib. Oradakı məhkumların dərhal təxliyyə edildiyi, həyatlarına və sağlamlıqlarına heç bir zərərin dəymədiyi müəyyən edilib.

Həmin məhkumlar tibbi müayinədən keçirilib, Müalicə Müəssisəsinin digər şöbələrinə və ya cəza çəkdikləri cəzaçəkmə müəssisələrinə köçürülüblər.

Hazırda Penitensiar Xidmətin rəhbərliyi və Fövqəladə Hallar Naziriliyi tərəfindən müəssisədə məsələ ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti