...

Azərbaycanda istirahət günü hava necə olacaq?

Cəmiyyət Materials 14 Dekabr 2013 12:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.
Azərbaycanda istirahət günü hava necə olacaq?

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda soyuq hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında dekabrın 15-də havanın temperaturunu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti