...

Azərbaycanda I sinfə gedəcək uşaqların sayı növbəti illərdə daha da artacaq

Cəmiyyət Materials 14 Dekabr 2013 13:25 (UTC +04:00)
Azərbaycanda I sinfə gedəcək uşaqların sayı növbəti illərdə daha da artacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.
Azərbaycanda I sinfə gedəcək uşaqların sayı növbəti illərdə daha da artacaq

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda I sinfə gedəcək uşaqların sayı növbəti illərdə daha da artacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2013-2014-cü tədris ilində 137 mindən çox şagird məktəbə qədəm qoyub: "Son illər ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində I sinfə gedən uşaqların sayı durmadan artır. Bu rəqəm növbəti illərdə daha da artacaq və biz onları hər zaman qəbul etməyə hazırıq".

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 4513 ümumtəhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər orta məktəb müəllimi var. Azərbaycanda ümumi şagird-müəllim nisbəti 1:8, orta şagird sıxlığı 16 nəfər təşkil edir. Ölkədə 108 ilk peşə ixtas təhsili müəssisəsində 29 min 337 nəfər, orta ixtisas təhsili pilləsində 64 min, 59 ali təhsil müəssisəsində 116 min tələbə təhsil alır. Ölkədəki 44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır. Son illər ərzində 2700-dən çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.

Nazir qeyd edib ki, müəllim peşəsinin nüfuzunun artması, onun yüksək və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması islahatların həyata keçirilməsi üçün ən vacib amildir. Müəllim peşəsinə istedadlı gənclərin cəlb olunması məqsədilə tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmləri həyata keçirilməlidir.

M.Cabbarov deyib ki, hər bir müəllimi ixtisasartırma kurslarına cəlb etmək lazımdır.

Nazir qeyd edib ki, attestasiyada uğurlu nəticə göstərən müəllimlər üçün differensialaşdırılmış əməkhaqqının verilməsi təmin ediləcək. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər keçiriləcək. Onlara növbəti attestasiyaya hazırlaşmaları üçün imkan yaradılacaq. Müəllimlərin karyera inkişafı və fəaliyyətini stimullaşdırmaq üçün yeni sistemin yaradılması məqsədilə müvafiq addımlar atılacaq.

Nazir hesab edir ki, bu gün təhsil sahəsində idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin yenidən müəyyənləşdirilməsinə etiyac duyulur: "Hesab edirik ki, yerli qurumlar idarəetmə funksiyalarını tam olaraq öz əllərinə almalı, məktəblərdə vəziyyəti, kadrların yerləşdirilməsi, tədris prosesi ilə maraqlanmalı, lazımi dəstək göstərməlidirlər".

M.Cabbarov bildirib ki, bu gün universitetlərimizin elmi kadr və maddi bazasından ali təhsil müəssisəsindən kənarda, demək olar ki, istifadə olunmur. Universitetlərdə gəlir mənbəyi kimi yanız tələbələrin təhsil haqqı əsas götürülür. Ancaq dünyanın ən reytinqli təhsil ocaqlarında təsil haqqı onların gəlirlərinin dörddə birini təşkil edir.

M.Cabbarov onu da əlavə edib ki, məktəblərdə uşaqlar yalnız biliyinə görə fərqləndirilməlidir. Şagirdlərin marağını və dünyagörüşünü artırmaq məqsədilə məktəbdənkənar müəssisələrin işini yaxşılaşdırmaq lazımdır.

M.Cabbarov deyib ki, təhsilin keyfiyyəti dərsliklərdən asılıdır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı problem yaradan məqamlardan biri dərslik hazırlayan müəlliflərin sayının az olmasıdır. "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda kurrikuluma əsaslanan yeni dərsliklərin yaradılmasına böyük diqqət ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti