...

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı ayrılan dövlət vəsaitləri məlum oldu

Cəmiyyət Materials 20 Dekabr 2013 17:43 (UTC +04:00)
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən bələdiyyə orqanlarına seçkilərin keçirilməsi ilə bağlı 36 641 751,0 manat vəsait ayrılıb.
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı ayrılan dövlət vəsaitləri məlum oldu

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən bələdiyyə orqanlarına seçkilərin keçirilməsi ilə bağlı 36 641 751,0 manat vəsait ayrılıb.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulur.

Dairə seçki komissiyalarının saxlanılması ilə bağlı xərclər 6 418 648,0 manat, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı xərclər isə 3 795 509,0 manat məbləğındə müəyyən edilib.

Mərkəzi Seçki Komissiyasına isə ayrılan vəsaitin məbləği 46 855 908,0 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti