...

Heydər Əliyev Mərkəzində "Vera məhəlləsinin musiqiləri" müzikli təqdim olunacaq

Cəmiyyət Materials 27 Dekabr 2013 13:10 (UTC +04:00)
2014-cü il yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə "Vera məhəlləsinin musiqiləri" müzikli ("Melodies of Vera District") Azərbaycan tamaşaçılarına təqdim olunacaq.
Heydər Əliyev Mərkəzində "Vera məhəlləsinin musiqiləri" müzikli təqdim olunacaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

2014-cü il yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə "Vera məhəlləsinin musiqiləri" müzikli ("Melodies of Vera District") Azərbaycan tamaşaçılarına təqdim olunacaq. Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Məlumata görə, 1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında olan eyniadlı bədii film Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müziklə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib. Tamaşada dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlər bir-biri ilə mükəmməl vəhdəd təşkil edir.

Müzikldə Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, Z.Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edəcəklər.

Qeyd edək ki, müziklin Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti