...

Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib

Cəmiyyət Materials 29 Dekabr 2013 12:00 (UTC +04:00)
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq rezidentura səviyyəsini bitirən şəxlər təyinatla müxtəlif tibb müəssisələrinə işə göndəriləcəklər.
Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq rezidentura səviyyəsini bitirən şəxlər təyinatla müxtəlif tibb müəssisələrinə işə göndəriləcəklər.

Təyinat sisteminin bərpası təhsilin yalnız rezidentura səviyyəsinə aid edilib. Bunda məqsəd isə rayonlarda həkim çatışmazlığını aradan qaldırmaqdır.

Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilmişdi. Həmin vaxt təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqələndirilmişdi. Bu qərardan sonra məzunlar Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş vakant yerlərə işə qəbul olmaq üçün mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti