...

Bayram günlərində Bakıda 6 nəfər yol qəzaları zamanı ölüb

Cəmiyyət Materials 6 Yanvar 2014 11:50 (UTC +04:00)
Bayram günlərində Bakıda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 6 nəfər dünyasını dəyişib.
Bayram günlərində Bakıda 6 nəfər yol qəzaları zamanı ölüb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bayram günlərində Bakıda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 6 nəfər dünyasını dəyişib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, 2013-cü ilin dekabrın 30-dan 2014-cü ilin yanvarın 6-dək Bakıda baş vermiş 45 yol-nəqliyyat hadisəsi ilə əlaqədar BŞTTTYS-yə cağırış edilib. Həmin hadisələr nəticəsində 6 ölüm hadisəsi baş verib.

Qeyd edilən müddətdə 10 nəfər insanı maşın vurub. Həmin şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti