...

Azərbaycan nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir

Cəmiyyət Materials 21 Yanvar 2014 17:44 (UTC +04:00)
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdədir.
Azərbaycan nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdədir.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Təhsil Forumunda dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər.

C.Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, yanvarın 22-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti