...

Azərbaycanda eroziyaya məruz qalmış bəzi torpaqların məhsuldarlığının artırılması yolları öyrənilir

Cəmiyyət Materials 28 Fevral 2014 10:30 (UTC +04:00)
Trend xəbər verir ki, institutun yaydığı məlumatda bildirilir ki, tədqiqatın ümumi dəyəri 162,2 min manat təşkil edir. Artıq 3 ildir ki, aparılan araşdırmanın bu ilin sonunda yekunlaşması planlaşdırılır.
Azərbaycanda eroziyaya məruz qalmış bəzi torpaqların məhsuldarlığının artırılması yolları öyrənilir

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Fiziki və kimyəvi analizlər laboratoriyası Böyük Qafqazın cənub-şərq hissəsində eroziyaya məruz qalmış açıq-boz qəhvəyi torpaqların məhsuldarlığının artırılması istiqamətində tədqiqat işi aparır.

Trend xəbər verir ki, institutun yaydığı məlumatda bildirilir ki, tədqiqatın ümumi dəyəri 162,2 min manat təşkil edir. Artıq 3 ildir ki, aparılan araşdırmanın bu ilin sonunda yekunlaşması planlaşdırılır.

"Qobustan rayonu ərazisində eroziyaya məruz qalmış açıq boz-qəhvəyi (şabalıdı) torpaqların məhsuldarlığının artırılması və tədbirlərinin işlənilib hazırlanması" adı altında yerinə yetirilən bu tədqiqat işinə laboratoriyanın müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru Mirvari Məmmədova rəhbərlik edir. Tədqiqatın məqsədi Dağlıq Şirvanın dağətəyi dəmyə şəraitində eroziyaya uğramış torpaqların münbitliyinin yaxşılaşdırılmasında xaşa bitkisi və mineral gübrələrin rolunu müəyyənləşdirməkdir. Tədqiqatlardan məlum olub ki, eroziyaya uğramış açıq boz-qəhvəyi (şabalıdı) torpaqlarda münbitliyin yaxşılaşdırılmasında mineral gübrələrin verilməsi ən yaxşı tədbirlərdən biridir.

"Lənkəran vilayətinin Cənub və Cənub-Şərq hissəsində eroziya prosesinin öyrənilməsi, monitorinqi və ona qarşı kompleks mübarizə tədbirləri" adlı tədqiqat işi ümumi dəyəri 166,1 manatdır. Tədqiqat işinin yerinə yetirilməsində məqsəd ölkənin dağ suvarma əkinçiliyinin zonalarında vüsət almış irriqasiya eroziyasının səbəblərini öyrənib və onun qarşısını almaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti