...

Gəncədə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı gecə reydi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2014 00:15 (UTC +04:00)
Gəncədə qanunsuz sərnişin daşıma və taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı gecə reydi keçirilib.
Gəncədə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı gecə reydi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Gəncədə qanunsuz sərnişin daşıma və taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı gecə reydi keçirilib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Nəqliyyat Nazirliyinin müfəttişləri Gəncədə gecə reydi keçirib. Yoxlamalar zamanı əsas hədəf qanunsuz taksi fəaliyyəti və sərnişin daşıma ilə məşğul olan sürücüləri aşkarlamaq olub.

Aparılan araşdırmalar zamanı əksər taksi sürücülərinin sənədlərinin qaydasında olmadığı məlum olub.

Bundan başqa, qadağan olunmuş vaxtda paytaxt Bakıya sərnişin daşıyan iritutumlu avtobuslar da müəyən edilib. Bu sürüclərə qarşı da müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti