...

Gənclərlə görüş keçirildi (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2014 18:06 (UTC +04:00)
10 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında rol oynayan, öz istedadı və bacarığı ilə seçilən gənclərlə görüş keçirildi.
Gənclərlə görüş keçirildi  (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

10 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında rol oynayan, öz istedadı və bacarığı ilə seçilən gənclərlə görüş keçirildi.

Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edirdi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov gəncləri salamlayaraq bu qəbildən olan tədbirlərin artıq ənənə halını aldığı qeyd etdi. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylədi.

Bu gün ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu qeyd edən S.Mikayılov Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələr həyata keçirildiyini nəzərə çatdırdı. 2005-ci il avqust ayının 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam, Prezidentin təşəbbüsü ilə 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və digər bu kimi layihələr dövlətimizin gəncliyə diqqət və qayğısını əks etdirən bariz nümunələr olaraq dəyərləndirdi.

Gənclər adından çıxış edən gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə və rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti