...

DİN Göyçayda “nurçu”lara aid qadağan olunmuş dini ədəbiyyatın götürülməsi ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 15 Aprel 2014 13:16 (UTC +04:00)
Göyçayda qadağan olunmuş dini ədəbiyyat götürülüb.
DİN Göyçayda “nurçu”lara aid qadağan olunmuş dini ədəbiyyatın götürülməsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Göyçayda qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Nurçu" dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi" ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş "Risaleyi Nur" kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülmüşdür.

Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş "Risaleyi Nur" kitabları aşkar edilərək götürülüb.

Onların izahatları alındıqdan sonra buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti