...

Bakıda daha bir mərkəzi yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 17 Aprel 2014 11:34 (UTC +04:00)
Bakıda daha bir mərkəzi yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakıda daha bir mərkəzi yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda daha bir mərkəzi yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, tərtib olunmuş qrafikə əsasən, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti 1 zolaq üzrə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.

İşlərin aprelin 18-də səhər saatlarında tamamlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti