...

Türkiyədə əhalinin 30 faizini uşaqlar təşkil edir

Cəmiyyət Materials 22 Aprel 2014 13:47 (UTC +04:00)
2013-cü ilin statistikasına görə, Türkiyə əhalisinin 30 faizini uşaqlar təşkil edir.
Türkiyədə əhalinin 30 faizini uşaqlar təşkil edir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir R.Hafizoğlu/

2013-cü ilin statistikasına görə, Türkiyə əhalisinin 30 faizini uşaqlar təşkil edir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika İnstitunun çərşənbə axşamı verdiyi açıqlamada bildirilir.

Məlumata görə, 2013-cü ildə Türkiyə əhalisi 22 milyon 761 min 702 nəfər olub.

Məlumatda o da bildirilir ki , 2075-ci ildə ölkədəki uşaqların sayının 17,6 faizə düşəcəyi gözlənilir.

2013-cü ildə Türkiyə əhalisinin 7,7 faizini yaşı 65-dən yuxarı olan əhali təşkil edib.

Ölkədəki yaşlı nəslin sayının 2023-cü ildə 10,2%, 2050-ci ildə 20,8%, 2075-ci ildə isə 27,7%-ə yüksələcəyi gözlənilir.

Məlumata əsasən, yaşlı nəslə ən çox ölkənin Sinop və Kastamonu şəhərlərində rast gəlinir. Belə ki, bu şəhərlərdə yaşlı nəslin faiz nisbəti 16%-dən çoxdur.

Ölkədə ən az yaşlı əhalini qeydə alındığı yerlər isə Van, Hakkari və Şırnak olub. Belə ki bu şəhərlərdə yaşlı nəslin faiz nisbəti maksimum 3% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti