Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Daşqın Əlisəfa oğlu Məlikov Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarına əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə (MTCÇM) keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, cəzasının çəkilməmiş yarıdan çox hissəsi ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilən D.Məlikov ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməsi üçün ona şərait yaradılmasını xahiş edib.
Penitensiar Xidmətin rəhbərliyi tərəfindən məhkumun müraciəti nəzərə alınıb və mayın 8-də D.Məlikov atası Əlisəfa Məlikovun iştirakı ilə ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib.
Bakı şəhəri Xəzər rayon məhkəməsinin 17.04.2014-cü il tarixli qərarı icra edilərək D.Məlikov 6 saylı MTCÇM-ə keçirilib.