Azərbaycan, Bakı, 15 may /Trend/
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin Day.Az portalı ilə birlikdə reallaşdırdığı "Eko Ev" layihəsi çərçivəsində səsvermə başa çatıb.
Trend-in məlumatına görə, aprelin 15-dən mayın 15-dək keçirilən səsvermənin yekunları üzrə peşəkar münsiflər heyəti 10 gün ərzində daha çox səs toplayan 10 işin üç qalibini müəyyən edəcək.
Qaliblər müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul mükafatı alacaqlar.
Bundan başqa, birinci və ikinci yerləri tutan layihələrin müəllifləri ölkənin aparıcı inşaat şirkətlərindən birində təcrübə keçmək fürsəti qazanacaqlar.
Layihənin növbəti mərhələsində KhayalHex, Süsən Abbasova, Şamil Hüseynov, Elçin, Zəkəriyyə, Zaur Babayev, Altay Hüseynov, Səbinə Abbasova, Cəlal, Əli Məmmədov adı ilə qeydiyyatdan keçənlər iştirak edəcəklər.