Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Mehdiyev/
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Türkiyənin "Kingspan-İzopoli" şirkətinin təşkilatçılığı ilə Bakıda "Yanğın təhlükəsizliyi və bina örtükləri" adlı seminar keçirilib.
Trend-in məlumatına görə, seminar əhalinin yanğına qarşı tədbirlər barədə məlumatlandırılması məqsədi daşıyır.
Tədbirdə Azərbaycanda tikinti sənayesi üçün yanğına davamlı batareyaların təchizatı istiqamətində FHN və "Kingspan-İzopoli" şirkətinin əməkdaşlığı rəsmən elan olunub.
Tədbirdə adıçəkilən şirkətin nümayəndəsi Patrik Lenehan, İstanbul Texniki Universitetindən elmlər doktoru Əbdürrəhman Kılıç və FHN-in yüksək vəzifəli nümayəndələri çıxış ediblər.
Çıxışı zamanı şirkətin sədr müavini Suat Kıroğlu seminarın keçirilməsində dəstəyə görə FHN-ə təşəkkürünü bildirib: "Biz hökumət layihələri üçün nazirliklə əməkdaşlıq edəcəyik və inanırıq ki, seminar tərəfdaşlığımıza və müştərilərimizə faydalı olacaq".
S.Kıroğlu onu da vurğulayıb ki, təmsil etdiyi şirkət Azərbaycanda artıq 15 ildir fəaliyyət göstərir: "Şirkətimiz Bakı Gəmiqayırma Zavodu, Milli Gimnastika Arenası, "Bakı Ekspo Mərkəzi", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, "PepsiCo" və "Coca-Cola" zavodlarının və digər obyektlərin layihələrini hazırlayıb".