...

Baş Prokurorluq Leyla Yunusovaya və onun nümayəndəsinə rəsmi xəbərdarlıq etdi

Cəmiyyət Materials 30 May 2014 16:49 (UTC +04:00)
Leyla Yunusovaya və onun nümayəndəsinə rəsmi xəbərdarlıq edilib.
Baş Prokurorluq Leyla Yunusovaya və onun nümayəndəsinə rəsmi xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Leyla Yunusovaya və onun nümayəndəsinə rəsmi xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Leyla və Arif Yunusovlar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri və digər istintaq hərəkətlərinin yerinə yetirilməsi, o cümlədən A.Yunusovun səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla cari il aprelin 25 və 28-də, həmçinin mayın 29-da rəsmi çağırış vərəqələri təqdim olunmaqla istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.

Eyni zamanda, L.Yunusova son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə həmin cinayət işi üzrə şahid qismində ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə, cinayət işi üzrə şahid qismində istintaqa dəvət olunan ayrı-ayrı şəxslərə qanunsuz təsir edərək ifadə verməkdən və protokolları imzalamaqdan imtina etmələri barədə çağırışlar edib.

Göstərilənlərlə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın çağırışına üzrlü səbəb olmadan gəlmədikdə və çağırışları almaqdan boyun qaçırdıqda onun istintaq orqanına məcburi gətirilməsinin nəzərdə tutulması, həmçinin başqalarını yalan ifadə verməyə məcbur etməyə, istintaqın gedişatına mane olmağa, ifadə verməkdən və istintaqdan boyun qaçırmağa görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qarşısında vəsatət qaldırılacağı barədə L.Yunusovaya və onun nümayəndəsi Xalid Bağırova mayın 30-da rəsmi xəbərdarlıq göndərilib.

L.Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti