...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu haqqında kitab hazırlanır

Cəmiyyət Materials 10 İyun 2014 11:49 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu haqqında kitab hazırlanır

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaq. Trend Fondun saytına istinadən xəbər verir ki, hazırda müəllif bu məqsədlə materiallar toplayır.

Bu işdə müəllifə Nəriman Nərimanovun ev-muzeyi də yardım edir. Artıq muzey tərəfindən görkəmli siyasətçi və dövlət xadiminin "Oğluma bitməmiş məktub"unun əlyazmasının surəti və məzmunu, Nəcəf Nərimanovun 1942-ci ildə cəbhədə, hərbi geyimdə çəkilmiş fotoşəkli Rudolf İvanova göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti