...

Elmar Vəliyev: Təbii fəlakətin fəsadları aradan qaldırılır (FOTO)

Cəmiyyət Materials 11 İyun 2014 16:30 (UTC +04:00)
Ötən gün axşam saatlarında Gəncədə baş verən təbii fəlakət nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib.
Elmar Vəliyev: Təbii fəlakətin fəsadları aradan qaldırılır (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Ötən gün axşam saatlarında Gəncədə baş verən təbii fəlakət nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib.

Səhərdən başlayaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəxsən vətəndaşları qəbul edir və xüsusi komissiya təbii fəlakətin nəticələrinin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün işləyir. Hər bir müraciət diqqətlə araşdırılır və aktlaşdırılır.

E.Vəliyev bildirib ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın hesablanması üçün xüsusi komissiya ciddi iş rejimində işləyir.

Təbii fəlakət nəticəsində 1000-dən artıq fərdi yaşayış evini su basıb, 800-ə yaxın fərdi və ümumi yaşayış evinin dam örtükləri dağılıb, çox sayda işıq dirəkləri, dayanacaqlar, zibil qutuları, oturacaqlar yararsız hala düşüb. Şəhər təsərrüfatına çox ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti