...

YAP Gənclər Birliyi Naftalan gəncləri ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 18 İyun 2014 16:44 (UTC +04:00)
Naftalan şəhərində Heydər Əliyev Mərkəzində "Azərbaycan gəncliyi və inkişaf modeli" mövzusunda tədbir keçirilib.
YAP Gənclər Birliyi Naftalan gəncləri ilə görüş keçirib (FOTO)

Azərbaycan, Bakı 18 iyun /Trend/

Naftalan şəhərində Heydər Əliyev Mərkəzində "Azərbaycan gəncliyi və inkişaf modeli" mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Gənclər Birliyinin nümayəndələri, YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvləri, şəhər gəncləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla bir daha yad ediblər.

YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova məruzə ilə çıxış edərək dövlət gənclər siyasətinin şəhərdə uğurla həyata keçirilməsindən, gənclərin şəhərin ictimai-siyasi və mədəni həyatında fəal iştirakından danışıb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və digər çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar.

Tədbirdən sonra YAP Gənclər Birliyinin təlimçiləri tərəfindən şəhərin fəal gənclərinə "Layihələrin hazırlanması, büdcə təhlili və donor təşkilatlarla işləmək Qaydaları" (Foundraising) mövzusunda təlim keçirilib. Təlimi YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova aparıb.

Təlimlər iyun ayının 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti