...

Təhsil Nazirliyi İctimai-Siyasi Universitetin lisenziyasını uzatmadı

Cəmiyyət Materials 7 İyul 2014 16:59 (UTC +04:00)
Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Universitetin lisenziya müddətinin uzadılmaması, orada təhsil alan tələbələrin başqa ali məktəblərə köçürülməsi barədə qərar verib.
Təhsil Nazirliyi İctimai-Siyasi Universitetin lisenziyasını uzatmadı

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Universitetin lisenziya müddətinin uzadılmaması, orada təhsil alan tələbələrin başqa ali məktəblərə köçürülməsi barədə qərar verib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib ki, həmin ali məktəbdə oxuyan 566 tələbə yaxın müddətdə mərkəzləşdirilmiş şəkildə digər ali məktəblərə köçürüləcək. Həmin tələbələrin təhsil xərcləri oxuduqları ali məktəbin təhsil xərcindən yüksək olmayacaq. Cari ilin məzunları isə diplomlarını Azərbaycan İctimai-Siyasi Universitetindən ala biləcəklər.

Universitetin lisenziya müddətinin uzadılmaması barədə qərar bu təhsil müəssisəsində aparılan araşdırmalar nəticəsində verilib. Araşdırmalar zamanı bu özəl təhsil müəssisəsində tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub: "Lisenziyanın geri alınması universiteti ləğv etmək deyil. Qanunvericiliyin mövcud qaydalarındakı standartlara cavab verdiyi təqdirdə universitetə yenidən lisenziya verilməsi məsələsinə baxıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti