...

Lənkəran, Astara, Qax və Şamaxıda təbii qazın verilməsində məhdudiyyətlər qoyulacaq

Cəmiyyət Materials 22 İyul 2014 10:06 (UTC +04:00)
Azərbaycanca bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Lənkəran, Astara, Qax və Şamaxıda təbii qazın verilməsində məhdudiyyətlər qoyulacaq

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanca bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində təmir işlərinin aparılması, ölçü qovşaqlarında quraşdırılmış diafraqmaların dəyişdirilməsi və daraldıcı qurğuların təftiş olunması ilə əlaqədar bu gün saat 12:00-dək Lənkəran, saat 13:00-dan 15:00-dək Astara və Qax, saat 18:00-dək isə Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti