...

Azərbaycanda 700-dən çox tələbə SABAH qruplarında oxuyacaq

Cəmiyyət Materials 15 Avqust 2014 17:39 (UTC +04:00)
Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub.
Azərbaycanda 700-dən çox tələbə SABAH qruplarında oxuyacaq

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, SABAH qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılır. Musabiqə prosesi üç mərhələdən - elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.

Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib.

SABAH qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.

Qeyd edək ki, SABAH qrupları ali təhsil sistemində yeni mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini təmin etmək məqsədi ilə yaradılır. "SABAH" qruplarında oxuyacaq aztəminatlı tələbələr yataqxana və yeməklə təmin olunacaq. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi də xüsusi qaydada aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti