...

Avqustun sonunadək Azərbaycanda hökm sürəcək hava şəraiti açıqlandı

Cəmiyyət Materials 25 Avqust 2014 12:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 30-na kimi Bakı və Abşeron yarımadasında gündüz temperatur 31-38 dərəcə isti olacaq.
Avqustun sonunadək Azərbaycanda hökm sürəcək hava şəraiti açıqlandı

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycanda həftə ərzində isti hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 30-na kimi Bakı və Abşeron yarımadasında gündüz temperatur 31-38 dərəcə isti olacaq.

Avqustun 30-dan sonra isə hava tədricən sərinləşəcək, temperatur enəcək.

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 26-da havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Avqustun 26-da Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti