...

Ombudsmanın nümayəndələri istintaq təcridxanasında saxlanılan QHT rəhbərləri ilə görüşüblər

Cəmiyyət Materials 25 Avqust 2014 18:50 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə ombudsmanın Milli preventiv qrupunun üzvləri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlanılma yeri və istintaq təcridxanasına, həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına başçəkmələr həyata keçiriblər.
Ombudsmanın nümayəndələri istintaq təcridxanasında saxlanılan QHT rəhbərləri ilə görüşüblər

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə ombudsmanın Milli preventiv qrupunun üzvləri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlanılma yeri və istintaq təcridxanasına, həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraiti, rəftar, eyni zamanda, müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması olub.

MTN-in Müvəqqəti saxlanılma yeri və istintaq təcridxanasında 15-dən çox saxlanılan şəxslə, o cümlədən Arif Yunusovla da görüş olub. A.Yunusov saxlanma şəraiti və rəftardan şikayət etməyib, eyni zamanda, həbs edilməmişdən əvvəl səhhətində yaranmış problemlərin olduğunu bildirib. Tibb hissəsinin həkimi ilə söhbət zamanı o, A.Yunusovun mütəmadi müayinələrdən keçirildiyini və səhhətinin nəzarət altında saxlanıldığını söyləyib.

Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına başçəkmə zamanı orada 20-dən çox saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Pərviz Həşimli, Leyla Yunusova, Fərəc Kərimli, Sirac Kərimli, Rəsul Cəfərov, Murad Ədilovla onların saxlanıldıqları kameralarda görüş olub, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyət öyrənilib.

Söhbət zamanı adıçəkilən şəxslər İstintaq təcridxanasında onlara qarşı rəftardan şikayət etməyiblər. Eyni zamanda, onlar barələrində başlanmış cinayət işindən narazı olduqlarını söyləyiblər.

Kameralara baxış və ümumi vəziyyətin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin təsdiq etdiyi "İstintaq təcridxanalarının daxili intizam qaydaları"nın tələblərinin pozulması halı müəyyən olunmayıb. Eyni zamanda, adıçəkilən şəxslərin bir neçə təklifi müəssisə rəisi ilə müzakirə edilib.

Başçəkmə zamanı o da məlum olub ki, yuxarıda adıçəkilən şəxslərin hər biri ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də görüşüblər.

Başçəkmənin nəticəsi olaraq müvəkkil aidiyyəti səlahiyyətli şəxslərə müraciət edib və məlum olub ki, artıq A.Yunusova və L.Yunusova müvafiq sovqat və dərman preparatları çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti