...

Yeni dərs ilinə yeni əhval-ruhiyyə ilə (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2014 16:36 (UTC +04:00)
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində təhsil işçilərinin konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə onun əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq gül-çiçək dəstələri qoyublar.
Yeni dərs ilinə yeni əhval-ruhiyyə ilə (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində təhsil işçilərinin konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə onun əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq gül-çiçək dəstələri qoyublar.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak ediblər.

E.Vəliyev və C.Bayramov çıxış edərək bütün təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilin inkişafına, eyni zamanda, təhsil işçilərinə göstərilən qayğı və diqqətdən, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən söhbət açıblar.

"2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" haqqında məruzə ilə çıxış edən Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ənənələrinə uyğun olaraq, son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır. Bu islahatların həyata keçirilməsi nəticəsində ciddi yeniləşmə və müasirləşmə prosesləri gedir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevin məktəb və məktəbəqədər təhsil müəssisələrinə, eləcə də təhsil işçilərinin fəaliyyətinə daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayan natiq bildirib ki, təhsil işçiləri ilə mütəmadi olaraq görüşən icra başçısı təhsil müəssisələrinin səmərəli fəaliyyətini, maddi-texniki bazasının möhkəmləndirilməsini, yüksək keyfiyyətlə təmir və tikintisini diqqət mərkəzində saxlayır.

Konfransda qeyd olunub ki, ötən tədris ilində şəhərimizin 31, 25, 12 nömrəli tam orta məktəblərinin əsaslı təmirdən sonra açılışı olub, 16 və 32 nömrəli tam orta məktəblərdə yeni korpus, Uşaq Yaradıcılıq Mərkəzinin yeni binası şagirdlərin istifadəsinə verilib. Bu tədris ilində isə 4, 26, 39 və 40 nömrəli tam orta məktəblər şagirdlərin istifadəsinə veriləcək.

Hazırda Təhsil İdarəsinin yeni binasının tikintisi başa çatıb və yaxın günlərdə açılışı olacaq.

Sonda 650-dən çox bal toplayan məzunlar mükafatlandırılıb və onlara qiymətli hədiyyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti