...

Azərbaycanda havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq

Cəmiyyət Materials 24 Sentyabr 2014 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, fasisələrlə yağış yağacağı gözlənilir. Gecə saatlarında şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 24-də fasiələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti