...

BELTA-nın baş direktoru: KİV-in vəzifəsi informasiyaya balanslı yanaşma və doğrunu yalandan seçmək bacarığıdır

Cəmiyyət Materials 3 Oktyabr 2014 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

KİV-in əsas vəzifələri informasiyaya balanslı yanaşma və doğrunu yalandan seçmək bacarığı olmalıdır. Bunu cümə günü Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru Dmitri Juk deyib.

Onun sözlərinə görə, hazırda dünyada informasiya müharibəsi gedir və bu sözlərdən qorxmaq deyil, hər şeyi öz adı ilə çağırmaq lazımdır: "Təbliğat deyilən anlayış var, onu hazırda heç kəs ləğv etməyib və təbliğatla hər dəfə qarşılaşırıq. Bu, təkcə Dağlıq Qarabağ münaqişəsinə deyil, həm də Ukraynadakı mövcud vəziyyətə aiddir. Münaqişə tərəflərinin hədəflərinə çatması üçün bütün mümkün resurslardan istifadə etməyə çalışması təbii haldır. Buna görə də heç kəsi qınamaq lazım deyil. Bizim vəzifəmiz informasiyaya balanslı yanaşma və doğrunu yalandan seçmək bacarığıdır".

BELTA-nın baş direktoru işin yüksək səviyyədə təşkil edilməsinə və müxtəlif fikirlərin eşidildiyi məkana görə forum təşkilatçılarına təşəkkür edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışındakı çıxışını xüsusi qeyd edib: "Prezidentin irəli sürdüyü fikirlər və tezislər dünyada nəyin baş verdiyini gələcəkdə başa düşmək baxımından həqiqətən də çox aktualdır. Liderlərin fikirlərini eşidə bilməyimiz önəmlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti