...

Bakı sürücülərinə şad xəbər: Ziya Bünyadov prospektinin tam açılmasına çox az qaldı (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2014 10:25 (UTC +04:00)
Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatmaq ərəfəsindədir.
Bakı sürücülərinə şad xəbər: Ziya Bünyadov prospektinin tam açılmasına çox az qaldı (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatmaq ərəfəsindədir. Çox qısa vaxtdan sonra prospekt nəqliyyatın hərəkəti üçün tam açıq olacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, Ziya Bünyadov prospektində təmir işləri 24 saatlıq rejimdə aparılır. Bu gün səhər saatlarında isə yol işçiləri asfalt-beton örtüyünün sonuncu qatının vurulmasını artıq Böyükşor yol qovşağının yanına, metronun "Koroğlu" stansiyasının ətrafına çatdırıblar: "Prospektdə təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılır. Artıq yolda işıqlandırma işləri də demək olar ki, yekunlaşmaq üzrədir. Hazırda yolda lövhələr quraşdırılır. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10 (5 gediş, 5 gəliş) olacaq. Təkcə Böyükşor qovşağının ətrafında 20 Yanvar istiqamətindən gələn avtomobillərin dönmə əməliyyatı etməklə yenidən əks istiqamətə qayıtması üçün hissədə işlərin yekunlaşması qalır ki, onu da çox qısa vaxtda tamamilə bitirəcəyik".

P.Mürsəliyev qeyd edib ki, yol avtomobillərin hərəkəti üçün Böyükşor qovşağından Xutor dairəsi istiqamətində birtərəfli qaydada açıqdır. Bu yaxınlarda təmir işləri bitdikdən sonra əks istiqamətdə də hərəkət tam bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti