...

Bakıda böyük prospektin bir hissəsi bağlanıb

Cəmiyyət Materials 11 Dekabr 2014 11:47 (UTC +04:00)
Bakıda təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektinin bir hissəsi bağlanıb. Bu barədə cümə axşamı Trend-ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Bakıda böyük prospektin bir hissəsi bağlanıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Emil İsmayılov/

Bakıda təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektinin bir hissəsi bağlanıb. Bu barədə cümə axşamı Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişdiyi yerdən "Böyük Şor" yol qovşağına qədər olan hissəsində hərəkət 4 gün ərzində məhdudlaşdırılacaq. Prospektdə hərəkət "Böyük Şor" yol qovşağından "20 Yanvar" dairəsinə qədər və "Qələbə" dairəsi istiqamətində açıq olacaq.

Mürsəliyev deyib: "Yolun bu hissəsinin bağlanacağına baxmayaraq, sürücülərin istifadə edə biləcəkləri kifayət qədər alternativ variantlar var".

Onun sözlərinə görə, sürücülər "Böyük Şor"a çıxış üçün alternativ kimi Ələsgər Qayıbov və Müzəffər Nərimanov küçələrindən istifadə edə bilərlər. Bu və digər yardımçı yollardan istifadə etməklə Heydər Əliyev prospektinə, oradan da "Böyük Şor" dairəsinə çıxmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti