...

Ziya Bünyadov prospektində hərəkət niyə dayandırılır?

Cəmiyyət Materials 11 Dekabr 2014 18:17 (UTC +04:00)
Buna səbəb yolun hərəkət hissəsində yol nişanlarının qoyulmasıdır.
Ziya Bünyadov prospektində hərəkət niyə dayandırılır?

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Emil İsmayılov/

Sabah saat 08:30-dan 20:30-dək Bakının Ziya Bünyadov prospekti nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Buna səbəb yolun hərəkət hissəsində yol nişanlarının qoyulmasıdır. Bunu Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, prospektin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Müzəffər Nərimanov küçəsi ilə kəsişməsinədək olan sahədə hərəkət məhdudlaşdırılacaq: "Bu sahədə yerləşən avtomobil sürücülərinə və ticarət obyektlərinin sahiblərinə bu istiqamətdə yoldan istifadə etməmək tövsiyə olunur".

Xatırladaq ki, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişdiyi yerdən "Böyük Şor" yol qovşağına qədər olan hissəsində də hərəkət 4 gün ərzində məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti