...

Bakının iri avtomobil yolunda nəqliyyatın hərəkəti daha asan oldu

Cəmiyyət Materials 26 Dekabr 2014 17:15 (UTC +04:00)
"Azəryolservis" ASC Bakının Qələbə dairəsi istiqamətində hərəkət zamanı Əbdülvahab Salamzadə küçəsi ilə əsas yoldan köməkçi yola çıxışı təmin edib.
Bakının iri avtomobil yolunda nəqliyyatın hərəkəti daha asan oldu

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Emil İsmayılov/

"Azəryolservis" ASC Bakının Qələbə dairəsi istiqamətində hərəkət zamanı Əbdülvahab Salamzadə küçəsi ilə əsas yoldan köməkçi yola çıxışı təmin edib. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yolayrıcından çıxış zamanı köməkçi yolla keçmək mümkün olacaq.

P.Mürsəliyev qeyd edib ki, əsas yoldan çıxışı təmin etmək üçün ayırıcı maneənin bir hissəsi aradan götürülüb və hazırda avtomobillər xüsusilə pik saatlarında köməkçi yolla sərbəst hərəkət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti