Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakının Qələbə və 20 Yanvar dairələrinə gedən yollarda hərəkətin istiqamətinə dəyişiklik edilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin etmək məqsədilə Qələbə dairəsi, Mətbuat prospektindən Qələbə kinoteatrı qarşısındaki dairədən istifadə etməklə Həsən bəy Zərdabi küçəsinə və 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq Abdulvahab Salamzadə küçəsinə istiqamətləndirilib.
Eyni zamanda, Abdulvahab Salamzadə küçəsi köməkçi yolla Qələbə dairəsi istiqamətində hərəkət edən bütün nəqliyyat vasitələri 20 Yanvar dairəsi istiqamətində yönləndiriləcək.