...

Bakının Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq

Cəmiyyət Materials 27 Dekabr 2014 10:37 (UTC +04:00)
Bu gün axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq.
Bakının Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyük Şor, yəni metronun "Koroğlu" stansiyasının yanındakı yol qovşağından "Bazarstore"un yanındakı yol qovşağına qədər olan köməkçi hissəsində hərəkət tam məhdudlaşdırılacaq.

Bu ərəfədə yolda üfüqi nişanlanma (xətlənmə) işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti