...

Bakıda bağlanmış iki yol açıldı

Cəmiyyət Materials 29 Dekabr 2014 09:58 (UTC +04:00)
Paytaxtın iki prospektində nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Bakıda bağlanmış iki yol açıldı

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtın iki prospektində nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Atatürk prospektinin Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər və Moskva prospektində "Alov" zavodunun qarşısında aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti