...

Ölkədə yol qəzalarında ölüm və xəsarət faktlarının 1/3-i paytaxtın payına düşür

Cəmiyyət Materials 14 Yanvar 2015 14:52 (UTC +04:00)
Ötən il Azərbaycanda qeydə alınan yol qəzalarının, o cümlədən qəzalar zamanı ölüm və xəsarət faktlarının təxminən 1/3-i paytaxt Bakının payına düşür.
Ölkədə yol qəzalarında ölüm və xəsarət faktlarının 1/3-i paytaxtın payına düşür

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Ötən il Azərbaycanda qeydə alınan yol qəzalarının, o cümlədən qəzalar zamanı ölüm və xəsarət faktlarının təxminən 1/3-i paytaxt Bakının payına düşür.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, 2014-cü il ərzində 901 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onun sözlərinə görə, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 110 fakt (10,9%), ölüm 29 fakt (8,5%), xəsarət 106 fakt (10,6%) azalıb. Bu göstəricilər həm də yol polisi tərəfindən yollarda keçirilən məqsədyönlü təhlükəsizlik tədbirlərinin və maarifləndirmə işlərinin nəticəsidir.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yollarında ümumilikdə 2635 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 1124 nəfər ölüb, 2676 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2013-cü illə müqayisədə hadisələrin sayı 211 fakt, ölənlərin sayı 40, yaralananların sayı isə 272 nəfər azalıb.

Yol polisi sürücüləri bir daha yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti