...

Azərbaycanlı gənclər ukraynalı əsgərlərə yardım etdilər (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2015 17:19 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Lvov vilayət təşkilatı Lvov şəhərindəki hərbi hospitalda müalicə olunan yaralı ukraynalı əsgərlərə baş çəkərək onlara maddi və mənəvi dəstək olduqlarını nümayiş etdiriblər.
Azərbaycanlı gənclər ukraynalı əsgərlərə yardım etdilər (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Lvov vilayət təşkilatı Lvov şəhərindəki hərbi hospitalda müalicə olunan yaralı ukraynalı əsgərlərə baş çəkərək onlara maddi və mənəvi dəstək olduqlarını nümayiş etdiriblər.

Birlikdən Trend-ə verilən məlumata görə, UAGB Lvov vilayət təşkilatının nümayəndəsi Elbin Quliyev və təşkilatın digər fəalları yaralı əsgərlərə humanitar yardım göstərərək onlara Ukraynanın ərazi bütövlüyü uğrunda apardıqları haqq savaşında dəstək olduqlarını bildiriblər.

Əsgərləri 2015-ci il münasibətilə təbrik edən azərbaycanlı gənclər yeni ildə Ukrayna dövlətinə sülh və əmin-amanlıq, Ukrayna əsgərlərinə isə möhkəm iradə və dözümlülük arzulayıblar. Ukraynanın indiki ağır dönəmində bu ölkəyə verdikləri dəstəyə görə azərbaycanlı gənclərə minnətdarlıqlarını bildirən ukraynalı əsgərlər dünyanın harasında olmasından və yaşamasından asılı olmayaraq, hər bir kəsin, xüsusən də gənclərin ana vətən naminə apardıqları mübarizənin şərəfli olduğunu qeyd ediblər.

Görüş zamanı azərbaycanlı gənclərin bundan sonra da Ukraynanın ərazi bütövlüyünə dəstək verəcəkləri bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti