...

"Dövlətimiz 20 Yanvar şəhidlərinin ailələrinə, əlil olmuş vətəndaşlara hərtərəfli qayğı göstərir" (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2015 18:22 (UTC +04:00)
Dövlətimiz 20 yanvar şəhidlərinin ailələrinə, bu hadisələr zamanı əlil olmuş vətəndaşlara hərtərəfli qayğı göstərir
"Dövlətimiz 20 Yanvar şəhidlərinin ailələrinə, əlil olmuş vətəndaşlara hərtərəfli qayğı göstərir" (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 25-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Fondun sədri Elman Mehdiyev çıxış edərək 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Qeyd edib ki, öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları o gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar: "Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə faciə günü yox, həm də müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsidir".

Həmin dövrdə baş verən tarixi prosesləri xatırladan E.Mehdiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciənin ertəsi günü ailə üzvləri ilə birgə ölkəmizin Moskvadakı nümayəndəliyinə gedərək, böyük bir cəsarətlə bu qanlı hadisələri törədən SSRİ rəhbərliyini qətiyyətlə pislədiyini və günahkarların cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Həmçinin, Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

Ulu öndərin vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar şəhidlərinin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğsı ilə əhatə olunması istiqamətində əsasını qoyduğu dövlət siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərə toxunan E.Mehdiyev vurğulayıb ki, faciə qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar verilib.

Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti