...

Ukraynadakı azərbaycanlı gənclər 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıblar (VİDEO)

Cəmiyyət Materials 20 Yanvar 2015 10:21 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı xüsusi videoçarx hazırlayıb.
Ukraynadakı azərbaycanlı gənclər 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıblar (VİDEO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı xüsusi videoçarx hazırlayıb.

Birlikdən Trend-ə daxil olan məlumata görə, Azərbaycan, Ukrayna və ingilis dillərində hazırlanmış videoçarxda azərbaycanlı gənclərin vətən, dövlət, müstəqillik və azadlıq haqqında söylədikləri fikirlər Ukraynanın kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayıb.

Bu baxımdan bir sıra televiziya kanalları və media qurumları "Müstəqil dövlətin ürəyi onun uğrunda canlarını fəda edənlərlə döyünür" ifadəsi ilə yekunlaşan videoçarxı yayımlamaqla gənclərin bu düşüncə tərzini Ukraynanın indiki ağır dönəmində vətəni və dövləti sevməyin ən müqəddəs amal olması kimi tərənnüm edirlər.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi şəhidlərimizin müqəddəs ruhlarına həsr etdikləri videoçarxı qəlbi vətən sevgisi ilə döyünənlərlə paylaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti