...

Azərbaycanda uşaqların ölüm halları ilə bağlı statistik rəqəmlər artacaq

Cəmiyyət Materials 30 Yanvar 2015 12:27 (UTC +04:00)
Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılan Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzi nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzində ötən il ərzində 264 uşaqda ürək əməliyyatı həyata keçirilib.
Azərbaycanda uşaqların ölüm halları ilə bağlı statistik rəqəmlər artacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılan Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzi nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzində ötən il ərzində 264 uşaqda ürək əməliyyatı həyata keçirilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın səhiyyə sistemində diridoğulma üzrə yeni meyarlara keçilib. Bu ildən də uşaqların diridoğulması ilə bağlı statistika yeni meyarlar üzrə aparılacaq: "Bu, Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF-in tələbi idi. Biz də bu meyarları tətbiq etdik. Yəni diridoğulmanın meyarları yeni qəbul olunduğundan söz yox ki, 1 yaşadək uşaqlar arasında ölüm halları ilə bağlı statistik rəqəmlərdə də bir qədər yüksəliş olacaq".

E.Ağayev bildirib ki, əvvəllər 1000 qramdan yuxarı doğulan və həyat əlamətləri müşahidə edilən uşaqlar diridoğulan hesab olunurdusa, indi artıq həyat əlamətləri olan, 500-1000 qram arasında doğulan uşaqlar da diridoğulma kimi qəbul olunur: "Ona görə də söz yox ki, bu, statistik məqamlara öz təsirini göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti