...

Azərbaycan yeni aldığı təyyarənin texniki baxışını keçirib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2015 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Emil İsmayılova/

Bu gün təlim uçuşu çərçivəsində Praqanın Vatslav Havel beynəlxalq hava limanında Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin texniki nümayişi baş tutub.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə bildiriblər ki, təyyarənin nümayişi zamanı Çexiyanın biznes dairələri, KİV təmsilçiləri, Vatslav Havel beynəlxalq hava limanının nümayəndələri, habelə AZAL-ın Praqa şəhəri üzrə nümayəndəsi və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı təyyarəyə baxış keçirilib və Azərbaycan səfiri Fərid Şəfiyev yerli KİV nümayəndələrinə müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti