...

AMAY-ın sahibinin məhkəməsi başladı

Cəmiyyət Materials 12 Fevral 2015 16:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AMAY-ın sahibinin məhkəməsi başladı

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in Məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Əvvəlcə onların anket məlumatları dəqiqləşdirilib, daha sonra A.Abdullayevin vəkilləri vəsatətlə çıxış ediblər.

Vəkillər A.Abdullayevin barəsində olan cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı fevralın 19-na təyin olunub.

Qeyd edək ki, A.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti