...

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gəncədə (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2015 17:25 (UTC +04:00)
Bu gündən başlayaraq Gəncə şəhər Göz Xəstəxanasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası şəhər sakinlərinə tibbi xidmət göstərir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gəncədə (FOTO)

Bu gündən başlayaraq Gəncə şəhər Göz Xəstəxanasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası şəhər sakinlərinə tibbi xidmət göstərir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ElmarVəliyev səyyar klinikada olub, aksiyanın gedişatı ilə maraqlanıb, müayinəyə gələnlərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub.

Səyyar klinikada yüksəkixtisaslı 7 həkim briqadası onlara müraciət edənlərin gözlərini diaqnostik müayinə edib, görmə qabiliyyətlərini yoxlayıb, gözdaxili təzyiqlərini ölçüb. Daha ətraflı müayinəyə və müalicəyə ehtiyacı olanların akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Klinikasına göndərilməsi tövsiyə olunub.

Qeyd edək ki, günün sonuna kimi 145 nəfər müayinə ediləcək. İki gün davam edəcək aksiyada 30 xəstənin əməliyyat olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti