...

Azərbaycanda ilk dəfə uşaqlar da rəsmi qeydə alınan narkomanların siyahısına düşdü

Cəmiyyət Materials 20 Fevral 2015 16:47 (UTC +04:00)
Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb.
Azərbaycanda ilk dəfə uşaqlar da rəsmi qeydə alınan narkomanların siyahısına düşdü

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb.

Səhiyyə Nazirliyindəki mənbə Trend-ə bildirib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə isə 28656 nəfər olub.

Yalnız 2014-cü ildə 1235 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb.

Ölkədə qadın narkotik istifadəçilərinin sayı da nisbətən artıb. Ölkədəki bütün narkotik istifadəçilərinin 554 nəfəri qadındır. 2013-cü ildə bu rəqəm 539 nəfər olub.

Ümumilikdə narkotik istifadəçiləri arasında daha çox 30-39 yaş arası insanlar üstünlük təşkil edir.

Qeyd edək ki, rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında indiyədək uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, ötən il 6 uşaq narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

Son məlumatlara əsasən, Azərbaycanda 14 yaşlı bir narkotik istifadəçisi, 15-17 yaşlı 5, 18-24 yaşlı 1403, 25-29 yaşlı 3999, 30-34 yaşlı 4243, 35-39 yaşlı 4377, 40-44 yaşlı 3487, 45-49 yaşlı 3053, 50-54 yaşlı 2554, 55-59 yaşlı 2221, 60-64 yaşlı 2008, 65 yaşdan yuxarı 1305 narkotik istifadəçisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti