...

İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2015 17:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən növbəti vətəndaş qəbulu fevralın 20-də Şabranda keçirilmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan 80-dən çox vətəndaş müraciət etmişdir.

Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, kənddə məktəb, tibb məntəqəsi və musiqi məktəbinin tikilməsi, məktəb və xəstəxana təmiri, kiçik xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı texnikasının alınması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapmış, digərlərinin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilmişdir.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq, iri fermer təsərrüfatının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, istixana təsərrüfatının yaradılması, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.

Ümumilikdə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 28 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 1600-dən çox vətəndaş müraciət etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti