...

"Excelsior Hotel & Spa Baku"da Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ziyafət keçiriləcək

Cəmiyyət Materials 24 Fevral 2015 18:55 (UTC +04:00)
8 Mart - Beynəlxalq Qadınlar Günü son illərdə bütün dünyada qadın və gözəllik bayramı statusu alıb.
"Excelsior Hotel & Spa Baku"da Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ziyafət keçiriləcək

Azərbaycan, Bakı, 24 fevral /Trend/

8 Mart - Beynəlxalq Qadınlar Günü son illərdə bütün dünyada qadın və gözəllik bayramı statusu alıb.

AtaHolding-dən Trend-ə verilən məlumata görə, ölkəmizdə hər zaman təmtəraqla keçirilən bu bayram iş yoldaşlarımıza, həyat yoldaşı və ya sevgilimizə, dünyanı və həyatımızı gözəlləşdirən əziz qadınlarımıza verdiyimiz dəyərin göstəricisidir.

Bu münasibətlə sizin əvəzsiz dəyərinizi bir daha təsdiqləyərək, 8 Mart - Beynəlxalq Qadınlar Gününü "Excelsior Hotel & Spa Baku" hotelinin "Belvedere" restoranında özəl olaraq Sizlər üçün qeyd etməyə dəvət edirik. Proqram müddətində əziz xanımlarımızı maraqlı sürprizlərlə yanaşı, canlı musiqi müşayiəti altında romantik şam yeməyi gözləyir.

Ziyafət saat 19:30-da başlayır və bir nəfərlik şam yeməyi 49 AZN təşkil edir.

"Excelsior Hotel & Spa Baku" hotelində +994 12 496 8000 / +994 50 235 35 29 nömrələri ilə sifariş vermək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti